Beynəlxalq

Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi beynəlxalq sabitlik üçün dağıdıcı olacaq

Rusiyanın Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andrey Kortunov bildirib ki, Qarabağ münaqişəsi zonasında baş verən alovlanma beynəlxalq sabitliyə təhlükə yarada bilər.

“Ən önəmlisi, ötən ilin aprel ayında baş verən hərbi əməliyyatlara son qoymaq və insanların ölümünə mane olmaqdır. Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsi qonşu regionlarında çox problemlərin fonunda, əlbəttə, beynəlxalq sabitliyə » zərər vuracaq”-deyərək Vestikavkaza.ru ilə söhbətində Andrey Kortunov bəyan edib.

Onun fikrincə, BMT-nin Baş Assambleyasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü Qarabağ münaqişəsi zonasında vəziyyətin həlli üçün faydalı ola bilər.

“Bu iki ölkələrin yüksək rütbəli nümayəndələri arasında istənilən görüş olduqca vacibdir.Ona görə ki, təmaslar, mövqelər və fikir əvəzedilmələri mümkündür ki, münasibətləri dirçəltsin.Hətta kiçik addımlar belə vəziyyət üzərinə qığılcım səpə bilər”-deyərək A.Kortunov bəyan edib.

Daha çox göstər
Back to top button