Ekonomika

Ermənistanda ABŞ-nın sədiri: “ Biznes əlaqələrin gücləndirilməsi iki ölkə üçün faydalıdır”

Ermənistan-ABŞ Ticarət palatası və ER-da ABŞ-nın səfirliyi ixrac imnakları ilə bağlı forum təşkil ediblər.  Forumda Ermənistanın iş dunyasının nümayəndələri, ER-da ABŞ-nın səfiri, Ermənistan Respublikasının iqtisadi inkişaf və investisiya nazirinin birinci  müavini Garegin Melqonyan, ABŞ Ticarət nümayəndəsinin ticarət siyasəti və iqtisadiyyat üzrə müavini  Ed Griser iştirak ediblər.

Ermənistanda Amerkia Ticarət Palatasının sədri Ara Hovsepyan GSP proqramına toxunaraq, qeyd etdi ki, forumun məqsədi proqram ilə bağlı maarifləndirmənin artılırmasıdır.

“GSP proqramı 129 ölkədən ABŞ-a güzəştli şərtlərlə mal ixracını təmin edərək iqtisadi artımının artırılmasına kömək edir. Ermənistan bu ölkələr arasındadır və bu rejimlər gömrük tərifləri olmadan ABŞ-a  500-dən çox məhsul ixrac oluna bilər”- deyə o qeyd etdi.

Səfir öz çıxışında forumun keçirilməsinə əhəmiyyət verib.

“Səfir kimi mənim üçün Ermənistanda bir nömrəli proritet Ermənistan-Amerika biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi idi”- deyə o qeyd etdi.

O vurğulayıb  ki, erməni iş adamlarından Ermənistanda  GSP proqramı barədə yaxşı məlumat olmadığını eşitmişlər və bunun üçün ABŞ ticarət nüamyəndələri bu konfransı təşkil ediblər.

Səfirin fikirncə, bu proqram Ermənistandakı iş adamları  və Ermənistan-ABŞ ticarət dövriyyəsi üçün çox vacibdir. O vurğulayıb ki, Ermənistandan ABŞ-a ixrac edilən malların 60 faizi bou proqramdan istifadə edirlər.

“Biz  Ermənistan Respublikasının Hökuməti və iş dunyası bu manelərin aradan qaldırılması üçün addımlar atmasını  istəyirik. Bu əlaqələrin yaxşılaşdırılması  hər ölkə üçün faydalı olacaq” –deyə o qeyd etdi.

Daha çox göstər
Back to top button