Siyasət

Nardaran məhbusunun həyatı təhlükədə

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş, Qobustandakı qapalı həbsxanada zəza çəkən Abbas Hüseynə qarşı yeni təxribat hazırlandığı bildirilir.
Abbas Hüseyn bu gün yaxınları ilə telefon əlaqəsi saxlayaraq bildirib ki, saxlanıldığı Qobustan hıbsxanasında təhdid olunur. Artıq dözülməz həddə çatdığını bildirib. “Hər gün məni yenə qandallayıb karsa salacaqları və cəzalandıracaqları ilə hədələyirlər. Davamlı məni qıcıqlandırıb provakasiyaya çəkmək istəyirlər. Hətta burda öldürəcəkləri ilə hədələyirlər”,-deyə yaxınları ilə danışanda bildirib.

azadliq.info

Daha çox göstər
Back to top button