Beynəlxalq

ABŞ Dövlət Departamenti Ermənistanı fiskal şəffaflığın minimum tələblərinə cavab verən bir ölkə kimi tanılyıb

ABŞ Dövlət Departamenti 2017-ci fiskal ilin şəffaflığına dair hesabat yayıb.

Ermənistan hesabatda fiskal şəffaflığın minimum tələblərinə cavab verən bir ölkə kimi cəlb olunub.

Dövlət Departamenti tərəfindən yayılan hesabatdakı minimum tələblər dövlət büdcəsinin şəffaflığı və təbii ehtiyatların ixracatı barədə hökumətin müqavilələri və lisenziyalarıdır. Yəni, 2017-ci il fiskal şəffaflığın araşdırılma prosesi qeyd edilən hökumətlərin əsas büdcə sənədlərinin göstərilməsini tələb edir. Bundan başqa, proses hökumətin müstəqil audit firmasının olub olmaması aydınlaşdıraraq hökumətin illik maliyyə hesabatlarını və bu auditlər nəticələrinin ictimaiyyətə çatıb çatmamasını yoxlayır.

Hesbatda təbii ehtiyatların çıxarılması üçün verilən lisenziyalar və müqavilələrin qanuna əsaslı olub olmamsını da qiymətləndirilir.

Ermənistandan fərqli olaraq, Azərbaycan fiskal şəffaflığın minimum tələblərinə cavab verməyən ölkələr sırasındadır. Dövlət Departamenti qeyd edib ki, bu ölkələrin fiskal şəffaflığın təmin olunmasında heç bir irəliləyiş olmayıb.

Daha çox göstər
Back to top button