Ekonomika
Azərbaycanın ixracı 12 faiz azalıb
2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi (xarici ticarət dövriyyəsi) 12 milyard 523 milyon 794.46 min ABŞ dolları təşkil edib.
Ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 9.24% azalmışdır.
İdxal əməliyyatları üzrə 5 milyard 300 milyon ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 4.22% azalmışdır), ixrac əməliyyatları üzrə 7 milyard 223 milyon ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 12.60% azalmışdır) dövriyə qeydə alınıb.