İctimaiyyət

Bloqqer Aleksandr Lapşin Azərbaycanı tərk edib

Bloqqer Aleksandr Lapşin Azərbaycanı tərk edib.

APA-nın məlumatına görə, o, bir qədər əvvəl Heydər Əliyev Beynəlxalq hava limanından Bakı-Tel Əviv reysi ilə İsrailə yollanıb. A. Lapşini anası Bella Lapşina müşayiət edib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev senyabrın 11-də Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilib.  Onu da əlavə edək ki, A. Lapşin sentyabrın 10-da cəzaçəkmə müəssisəsində intihara cəhd edib.

Xatırladaq ki, bloqer Aleksandr Lapşin dekabrın 15-də Minskdə saxlanılmışdı. Azərbaycan isə, onu Dağlıq Qarabağa getdiyi üçün “qara siyahisi”nə daxil etib və ekstradisiya olunmasını tələb etdi.

Lapşin 2015-ci ildə Ukrayna vətəndaşı pasportuyla Gürcüstan ərazisiyla  Azərbaycana getdi. Ukrayna pasportunda “Oleksandr” yazılır. Bundan sonra Azərbaycan “dövlət sərhəddi haqqında” qanunu pozduğu üçün bloqerə qarşı beynəlxalq axtarış elan edildi.

Daha çox göstər
Back to top button