BaşlıcaEkonomika

Serj Sarkisyan: Parlament sistemi ER demokratiyanın inkişafını təmin edəcək

ER Prezidenti Serj Sarkisyan Boris Mints institutu və Erməni-rus universiteti tərəfindən təşkil edilmiş “Kiçik keçid iqtisadiyyatları. Ümumi təhlükələrə yerli cavablar” mövzusunda olan sesiyası münasibətilə mesaj göndərərək sesiya işlərinə effektiv proses və faydalı müzakirələr arzulayıb.

Prezidentin mesajında deyilir:

“Müstəqillik illərinin təcrüsbəsi ilə Ermənistan, şübhəsiz ki, siyasi elm və iqtisadiyyatın müasir teorisyenlərini maraqlanır. Ermənistan post-sovet ölkələrdən birincisi idi ki, kənd təsərrüfatı torpaqlarını özəlləşdirdi, energetik sistemini dəyişdirərək modernləşdirdi, infrastrukturları bazar iqtisadiyyatı qaydalarına uyğunlaşdırdı. Çətin geosiyasi, xarici və daxili təhlükələr şəraitlərində biz demokrasiyanın qurulma prinsiplərini güclü təmələ qoymağa, vətəndaş cəmiyyəti və liberal iqtisadiyyatın əsaslarını yaratmağa bacardıq.

Qeyd olunan sahələrdə təcrübəmiz var və biz nailiyyətlərimizi və dərslərimizi ilə paylaşmağa hazırıq. Konstitusiya baxımından biz hazırda yeni keyfiyyətli keçid dövründə daha mütərəqqi parlament sisteminə gedirik və əminəm ki, bu, ER-nın demokratiyasının inkişafına töhvə verəcək.

Ölkə iqtisadiyyatı da yeni təhdidlər qarşısındadır. Hazırda beynəlxalq biznes çərçivələrini iqtisadiyyatımızın inkişaf layihələrinə cəlb etmə yeni mərhələsindəyik. İnkişaf etmiş qanunvericiliyə və beynəlxalq ən yaxşı təcrübələrə əsaslanaraq ümid edirik ki, xarici ivestorlar üçün lazımi və etibarlı iqtisadi sistem və ixrac imkanları yarada bilirik”.

Daha çox göstər
Back to top button