Ekonomika

Azərbaycanda ərzaq 18 faiz bahalaşıb, ərzaq xərcləri 2 faiz artıb

Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün eyni göstəricisini 2 faiz üstələyib. Bu rəqəm 21,7 milyard manata bərabər olub.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir. Ticarət dövriyyəsinin 11 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,7 milyard manatı da qeyri-ərzaq məhsulları təşkil edib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,7 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının alınmasına sərf edilib.

“Əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,4 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 141,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,1 manatlıq qeyri-ərzaq məhsulları alıblar”, – məlumatda vurğulanır.

DSK dünən sentyabrın 14-də isə açıqlamışdı ki, bu ilin 8 ayında 2016-cı ilin analoji dövrü ilə müqayisədə ərzaq məhsulları 18 faiz bahalaşıb.

Daha çox göstər
Back to top button