Siyasət

ER Parlamenti vitse-prezidentinin Nalbandyan-Məmmədyarov görüşündən böyük gözləntiləri yoxdur

Ermənistan Parlamentinin vitse-prezindeti, ERP sözcüsü Eduard Şarmazanov Ermənistan və Azərbaycan Xİ nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarovun gələcək görüşündən böyük dəyişikliklər gözləmir. ERP icra orqanının iclasından sonra jurnalistlərə müsahibədə o qeyd edib ki, Azərbaycan danışıqlar prosesinin məntiqinə uyğun siyasəti sürmür.

“Son günlərdə Azərbaycan prezidenti İslam Əməkdaşlıq Konfransında yenə də qeyri-siyasi dillə danışıb. Yalanlar yaymağa başladı, guya Ermənistanda müsəlmanların hüquqları pozulur, guya Ermənistanda islamofobiya yayılır, Artsax isə, onların tarixi ərazisidir”,-deyə Şarmazanov qeyd edib.

O əlavə edib ki, tarixi ərazidən əvvəl tarixin olması lazım. “Bir dəfə demişdim ki, “Mançester Yunayted” Azərbaycandan yaşlıdır. İndi də eynisinni Dostoyevskinin “İdiot”-u ilə bağlı deyə bilirim. Dostoyevski öz “İdiot” əsərini Azərbaycan tarixinin yaranmasından 50 il əvvəl yazıb”,-deyə Parlamentin vitse-prezidenti vurğulayıb.

O qeyd edib ki, erməni tərəfi Minsk Qrupu həmsədrlik formatının üç əsas prinsiplərinə əsasən və danışıqlar yolu ilə məsələnin nizamlanmasının tərəfindədir. “Lakin aprel müharibəsindən sonra Vyana və Sankt Peterburqda iki zirvə olub və Azərbaycan o zirvələrdə əldə edilmiş razılaşmaları yerinə yetirməliidir, çünki bu olmadan heç bir irəliləyiş ola bilməz”,-deyə vites-prezident qeyd edib.

Daha çox göstər
Back to top button