İctimaiyyət

Rusiyada Telman İsmayılovun ünvanlarında kütləvi axtarış aparılır

Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı iş adamı Telman İsmayılova məxsus 12 ünvanda axtarışlar aparır.

Bu barədə onun vəkili Aleksandr Dobrovinski məlumat verib. Vəkilin sözlərinə görə, axtarışlara onlarla adam cəlb edilib. Axtarışların səbəbi məlum deyil.

Qeyd edək ki, ötən ay Moskvada Apellyasiya Məhkəməsi azərbaycanlı iş adamı, AST şirkətlər qrupunun təsisçisi Telman İsmayılovun birinci instansiya məhkəməsinin müflis olma barədə qərarından verdiyi apellyasiya şikayətini təmin etməyib.
Lenta.ru məlumat verir ki, bu axtarışların səbəbi iki nəfərin öldürülməsidir.Söz 2016-cı il may ayında Moskva bölgəsində Vladimir Savkinin və “Lublin Motors”-un qurucusu Yuri Brilyovun öldürülməsi ilə bağlıdır. Onların cəsədləri mayın 16-da tapılıb.

İstintaq zamanı Telman İsmayılovun qardaşı Rafik həbs edilib. Lenta.ru məlumat verir ki, İsmayılov uzun zamandır ki, xaricdə yaşayır.

Daha çox göstər
Back to top button