Ekonomika

Yerevanda “Avropa Ermənistanda Expo” ilk sərgisi açılıb

Ermənistanda Aİ şirkərləri üçün Yerevanda “Avropa Ermənistanda Expo” ticarət və investisiya ilk sərgisi açılıb. Ermənistanda Aİ nümayəndə heyətindən verilən məlumata görə, bu təşəbbüs Ermənistanda sadəcə Avropa və erməni şirkətləri arasında ticari əlaqələrin inkişafına və təşviğinə həsr edilmiş ilk sərgidir. Sərgi Ermənistanda Avropa Birliyinin nümayəndə heyəti tərəfindən Avropa Biznes Assosiasiya və  Ermənistanda işləyən Aİ-nin Ticarət və Sənaye Palataları ilə təşkil olunub.

Ermənistanın ticari sahədə əsas əməkdaşlarından biri olan Aİ həmişə üzv ölkələri və Ermənistan arasında səmərəli ticari əməkdaşlığa əhəmiyyət verir. Dənizə çıxış olmayan və kiçik bazara malik olan Ermənistan bir neçə böyük bazarlara gedən bir qapıdır. O bazarlarda isə, böyük imkanlara malikdir. Avropa ittifaqı ilə ticarət həyata keçirəndə Ermənistan Aİ “GSP+”dən istifadə edir. 6300 erməni məhsulları Aİ-ə gömrük rüsumu olmadan ixrac olunur. Bununla bağlı Aİ erməni məhsülları üçün birincil ixrac zonasıdır. Keçmişdə olduğu kimi, bu gün də Ermənistan ticari inkişaf üçün yaxşı bir alandır.

“Avropa Ermənistanda Expo” sərgisi çərçivəsində Aİ-Ermənistan-İran forumu keçiriləcək. Forum Ermənistan inkişaf fondu tərəfindən təşkil ediləcək və Aİ-Ermənistan-İran və regionun digər ölkələr iştirakçılarını birləşdirəcək. Meğri azad iqtisadi zonasının yaranması və Ermənistan-İran sərhədinin idarəetmədi də müzakirə ediləcək

Daha çox göstər
Back to top button