Siyasət

ABŞ Konqresinin nümayəndə heyəti Ermənistana gələcək

“Validəynlərimiz bizim Ermənistana səfərimizi görüncə çox fəxr edəcəklərdi”.  Erməni əsilli konqresmen Ceki Spir Kançelyanın təşəbbüsü ilə bazar günü ABŞ konqresmenərin nümayəndə heyəti Ermənistana gələcək. Bu barədə “Amerikanın səsi” məlumat verir.

Nümayəndə heyətinində konqresmen Frank Palon da var. O, Spitakda baş vermiş dağıdıcı zəlzələdən sonra Amerikadan yardım gətirmişdi. Nümayəndə heyətinin digər üzvləri isə, erməni əsilli konqresmen Anna Eşu, konqresmen Deyvid Valadeodur. Deyvid Valadeo isə, günlər əvvəl Dağlıq Qarabağda minatəmizləmə işlərinin aparılması üçün Artsaxa əlavə dəstək vermə təklifi etmişdi. Konqresmen Tulsi Gabard və konqresmen Cim Sensenbrener də Ermənistana gələcəklər.

“Bu,konqresmenlərin müstəqil və demokratik Ermənistana ən böyük nümayəndə heyətinin səfəridir”,-deyə konqresmen Spir Kanşelyan “Amerikanın səsi”-nə əlavə edib ki, Ermənistana ediləcək səfərin gündəmi çox sıxdır və səfərin məqsədləri çoxdur.

“Birincisi, dostluğumuzun gücləndirməsi və Ermənistana ölkədəki korupsiya ilə mübarizəsində yardım etmək, demokratiyanın inkişafı üçün yeni imkanların yaradılmasıdır”. ABŞ nümayəndə heyəti erməni tərəfi ilə Ermənistanın energetik müstəqilliyinin gücləndirmə məsələsini müakirə edəcəklər. Ceki Spir Kançelyan Ermənistanın texnologiya sahəsində inkişaf prespektivini vurğulayıb. ABŞ tərəfi Ermənistan ilə siyasi və iqtisadi əlaqələrinin genişlənməsinə hazırdır.

Daha çox göstər
Back to top button