İctimaiyyət

Azərbaycanda şagirdlər Ara Gevorqyanın “Artsax” kompozisiyasına oynadıldı

Azərbaycanda yeni təhsil ilinə start verilib.

Bütün məktəblərdə dərs ilinin başlanması xüsusi tədbirlərlə qeyd olunub. Oxu.Az xəbər verir ki, məktəbdə açılış mərasimi zamanı şagirdlər xüsusi rəqs kompozisiyası hazırlayıblar. Maraqlıdır ki, müəllimin seçimi erməni bəstəkarı Ara Gevorqyanın “Artsax” kompozisiyası olub.

“Bu musiqiyə görə məktəb rəhbərliyinə etiraz etsəm də, xeyri olmadı. Şagirdlər bu musiqi sədaları altında rəqs etdilər”, – deyə valideynlərdən biri sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bu kompozisiyanın Fikrət Əmirovun ”Qarabağ mirvarisi” adlı əsəri olduğu iddia olunub.

Amma Fikrət Əmirovun oğlu Cəmil Əmirov mətbuata açıqlamasında bu xəbəri təkzib edib. “Fikrət Əmirovun belə bir əsəri yoxdur. Mən bu barədə danışmaqdan yorulmuşam artıq.

“Fikrət Əmirovun belə bir əsəri yoxdur” desəm də,  heç bir faydası olmur. Bir maraqlı məqam da var: ermənilər Fikrət Əmirovun bu əsəri oğurladığını iddia etməklə atamı vururlar. Halbuki dediyim kimi, atamın belə bir əsəri yoxdur”.

Daha çox göstər
Back to top button