BaşlıcaSiyasət

Artsax Prezidenti ER Müstəqillik günü münasibətiylə təbrik məktubunu göndərib

Artsax Respublikasının prezidenti Bako Sahakyan sentyabrın 21-də Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanı Müstəqillik günü münasibətiylə məktubla təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli Serj Azati,

Artsax Respublikasının xalqı,hakimiyyətləri və şəxsən öz adımdan Sizi Ermənistan Respublikasının Müstəqillik günü münasibətiylə ürəkdən təbrik edirik. Bu gün bütün dünya erməniləri üçün bayramdır.

Bu bayram Ermənistanda, Spyurkda(erməni diasporu) yaxud Artsaxda yaşayan ermənilərin bayramıdır.

Dünyanın hansı bucağında olmasına baxmayaraq əzəmətli, və çiçəklənən Vətən bütün ermənilərin fəxridir, qürurudur.

Erməni xalqı öz dövlətçiliyi, xüsusi torpağında azad və müstəqil yaşamaq,öz hüquqlarını,öz ocağını və ailəsini müdafiə etmək üçün daima mübarizə aparıb. Müqəddəs mübarizə, 1991-ci il sentyabrın 21-də qələbəylə təstiqləndi.

Biz olduqca əminik ki, bütün bu illər ərzində olduğu kimi, bundan sonra da xalqımız birləşmiş və eyni vahid iradəli olacaq. Erməni dövlətçiliyini ardıcıllıqla əzəmətləşdirmək, ümummilli məsələləri həll etməkçün Ermənistan Respublikası qəyyum, inam və qürurlu addımlarla inkişafa doğru irəliləyəcəkdir”.

Daha çox göstər
Back to top button