Siyasət

Aİ ilə Azərbaycan arasında yeni saziş ilin sonuna qədər imzalanmayacaq

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlar gedir.

SalamNews xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün həmin sazişin keyfiyyəti çox vacibdir:”Əsas məsələ həmin sazişin Azərbaycana xidmət etməsidir. Ona görə də tələsmək lazım deyil. Yeni sazişin bütün mərhələləri müzakirə edilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş bu ilin sonuna qədər imzalana bilməz. O halda imzalana bilər ki, biz onların dediklərinin hamısını qəbul edək. lakin bu da doğru olmaz. Azərbaycan üçün həmin sənədin keyfiyyəti önəmlidir, vaxt məsələ deyil “.

Daha çox göstər
Back to top button