Siyasət

ER Xİ naziri ABŞ dövlət katibinin müavini ilə ticari-iqtisadi əlaqələri genişləndirməyə istiqamətlənmiş məsələləri müzakirə edib

Sentyabrın 20-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ABŞ dövlət katibinin Avropa məsələləri üzrə müavini Elizabet Millar, Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə müdiri Fiona Hill və dövlət katibinin köməkçisi Briqit Brink ilə görüşmüşdür.

Bu haqda Ermənistan Xarici işlər nazirliyinin Mətbuat, İnformasiya və İctimaiyyətlə Əlaqələr xidmətindən məlumatlandırılır. Görüşdə erməni-amerikan dostluğunun inkişafı ilə bağlı geniş məsələlər müzakirə edilib.

Tərəflər ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək və investisiyaların təşviq edilməsi istiqamətində atılan addımlara toxundular. Bu çərçivədə hər iki tərəf ticarət və investisiyalar üzrə

Ermənistan-Amerika hökumətlərarası komissiyasının fəaliyyətlərini vurğulamışlar.

Amerika tərəfi Ermənistanın sülh məramlı missiyasının iştirakını yüksək qiymətləndirib.

Həmsöhbətçilər ərazi məsələlərinə, xüsusən Yaxın Şərqdə mövcud vəziyyət ətyrafında fikir mübadiləsini etmişlər.

Amerikalı yüksək səviyyəli diplomatları ABŞ-ın ATƏT-in Minsk Qrupu həmsədrinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında fəal iştirakını davam etdirməyi məsləhət gördülər.

Daha çox göstər
Back to top button