Siyasət

Prezident Serj Sarkisyan ABŞ konqresmenlərin nümayəndə heyətini qəbul edib

Prezident Serj Sarkisyan sentyabrın 21-də ABŞ konqresmenlərinin nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin tərkibində həm republikaçı, həm də demokrat partiyalarıniı nümayəndələri, Konqresin erməni məsələləri üzrə komitəsinin həmsədrləri Frenk Palou və Ceki Spir, Konqresmenlər Anna Eşu, Tulsi Gebred və Cim Sensenbrener var.

Serj Sarkisyan qeyd edib ki, ABŞ Konqresinin iki partiyalı nümayəndə heyətinin Ermənistana səfəri onu sübüt edir ki, ABŞ-Ermənistan münasibətlərinin inkişaf etmə və genişləməsində Ermənistanın həm respublikaçı, həm də demokratlar sıralarında dəstəkləyən dostları var. Prezident Sarkisyan dost ABŞ-ın Ermənistan müstəqil dövlətinin geclənməsi və inkişaf etməsinə yönəlmiş dəstəkləri və həmçinin ATƏT-in Minsk Qrupu həmsədr ölkəsi kimi Dağlıq qarabağ münaqişəsinin nizamlanmasında oynadığı böyük rol üçün  minnətdarlığını bildirdi.

ABŞ konqeresmenlər qeyd ediblər ki, Ermənistanda Müsqtəqillik gününü erməni xalqı ilə qeyd etmələri üçün çox şaddırlar. Erməniostana ikinci dəfə gələn konqresmenlər qeyd ediblər ki, ölkədə əhəmiyyətli və müsbət dəyişikliklər olub.

Konqremenlər Ermənistan-Amerika münasibətlərinin gələcək genişlənməsinə və derinləşməsinə yönəlmiş səylər göstərməyə hazır olacaklarını qeyd ediblər. Onlar Dövlət başçısı ilə Artsaxa etdikləri səfər ilə bağlı qeyd ediblər ki, Artsaxın demokratik irəliləyişi ilə təsirləniblər.

Daha çox göstər
Back to top button