Siyasət

Vigen Sarksiyan ABŞ konqres üzvlərini qəbul edib

ER Müdafiə naziri Vigen Sarksiyan ABŞ konqres üzvlərinin nümayəndə heyətini qəbul edib. Konqres erməni məsələləri üzrə həmsədrləri Frenk Paloun və Ceki Spiır, eyni zamanda konqres üzvləri Anna Eşu, Tulsi Gebrd və Cim Sensenbrener heyətindədir.

Görüşdə Vigen Sarkisyan konqres üzvlərinə müdafiə sahəsində ER və ABŞ arasındakı əməkdaşlıq planlarını təqdim edib. Xüsusilə iki ölkə arasında qurulmuş siyasi yüksək səviyyəli münasibətlərini yüksək dəyərləndirərək, ER Müdafiə naziri beynəlxalq sülhün təmin edilməsi, hərbi təhsil müxtəlif sahələrində müşavirə və ekspertiza ilə bağlı ABŞ tərəfindən verilmiş dəsyətin əhəmiyyətini vurğulayıb.

Qonaqların xahişi ilə ER Müdafiə naziri, həmçinin, Erməni-Azərbaycan dövlət sərhədində və Artsax-Azərbaycan qüvvələrinin təmas xəttindəki vəziyyətinə, Türkiyə və Azərbaycan tərəfindən yürüdülən militarist politikası və iki tərəfi üçün maraqlı başqa məsələlərə toxunub.

Konqres üzvləri öz növbətində ER Müdafiə nazirinə Artsaxa səfərinin nəticələrini təqdim edərək, həm Ermənistan-Amerika dövlətlərarası münasibətlərinin inkişafı, həm də DQ münaqişəsinin sülh yoluyla nizamlanması istiqamətində səy göstərməyə hazır olduğunu bildirib.

Daha çox göstər
Back to top button