İctimaiyyət

Almaniyanın 3 şəhərində Azərbaycanla bağlı aksiyalar keçirilib

Azərbaycandan Avropaya sığınan mühacirlərin sentyabrın 22-də Almaniyanın 3 şəhərində etiraz aksiyası keçirdiyi bildirilir. Aksiyalarda adları Azərbaycan məmurlarından rüşvət qəbul etməkdə hallandırılan bir neçə almaniyalı deputatın hərəkətlərinin qınandığı söylənir.

Aksiyaları Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) təşkil etdiyi bildirilir.

Mainz, Münster və Ansbach şəhərlərində düzənləndiyi deyilən etiraz aksiyalarında ümumilikdə 100-ə qədər şəxsin iştirak 

Verilən məlumatlara görə, aksiyalarda çıxış edənlər deyiblər ki, Azərbaycan hökuməti ölkədə əsas insan hüquq və azadlıqlarını məhdudlaşdırır. Bu sahədə götürülən beynəlxalq öhdəliklərə və ölkə Konstitusiyasına əməl edilmir. Onlar qeyd edib ki, Azərbaycan hökuməti bu basqıları gizlətmək, beynəlxalq qurumlarda təzyiqlərdən qorunmaq məqsədi ilə qərbli siyasətçiləri ələ almaq siyasəti yeridir.

Çıxışçılar bildirib ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin Azərbaycanla bağlı araşdırmasında sözügedən ələalma, rüşvət hallarından bəhs edilir. Aksiya iştirakçıları Azərbaycan məmularından rüşvət almaqda adı keçən bütün siyasətçilərə etirazlarını ifadə ediblər.

Aksiyaların qətnamə oxunuşu,“Diktaturaya son”, “Təzyiqlərə son”şüarlarının səsləndirilməsi ilə başa çatdığı deyilir.

 

 

 

Daha çox göstər
Back to top button