BaşlıcaBeynəlxalq

Edvard Nalbandyan Minsk qrupunun həmsədrləri və Kaspşiklə görüşüb

Nyu-Yorka işgüzar səfəri zamanı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Andryu Şofer (ABŞ) ilə görüşüb. Bu haqda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bəyan edib

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik də iştirak edib.

Sentyabrın 23-də Nalbandyanın Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. Gündəlikdə planlaşdırılmış qrafiklə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünütəşkil etmək məsələsi , eləcə də həmsədrlərin regiona nəzərdə tutlan səfərin müddəti məsələsinə toxunulub.

Daha çox göstər
Back to top button