İctimaiyyət

Siyasi fəalların mitinqöncəsi saxlanıldığı bildirilir

Milli Şuranın keçirəcəyi mitinqdən öncə bir neçə siyasi fəalın saxlanıldığı bildirilir.

Bu barədə sosial şəbəkələrdə saxlanılanların yaxınları məlumat verib.

Mitinq sentyabrın 23-də keçiriləcək. Sentyabrın 22-də isə AXCP fəalları İlham Hüseyn, Saqif Qurbanov, Bəhruz Həsənli və Emil Səlimovun saxlanıldığı deyilir. Onların heç biri ilə əlaqə yaratmaq mümkün deyil, telefonlarına zəng çatmır. Polis məlumatı təsdiqləmir.

Adının açıqlanmasını istəməyən iki fəal da Meydan TV-yə bildirib ki, yaşadığı ərazinin sahə müvəkkili mitinqə getməməsi ilə bağlı onlara xəbərdarlıq edib.
Milli Şura aksiya keçirmək üçün şəhər rəhbərliyindən razılıq məktubu alıb.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button