İctimaiyyət

Azərbaycanın Demokratik Qüvvələrinin Milli Şurası korrupsiyaya qarşı mitinq keçirib

Azərbaycanın Demokratik Qüvvələrinin Milli Şurasının (ADQMŞ) bu il növbəti, ikinci mitinqi sentyabrın 23-də Bakı kənarındakı stadionda baş tutub. Mitinqin vaxtı və yeri şəhər hakimiyyöəti ilə razılaşdırılıb. Bu dəfə mitinq “Xalqdan oğurladığınız pulları qaytarın!”, “Talana son!” şüarları altında keçirilib. Atırladaq ki, ADQMŞ-ın ötən mitinqi aprelin 8-də “Ailə hakimiyyətinə yox!” şüarı altında təşkil olunmuşdu.

Etirazçılar çirkli pulların yuyulması və Azərbaycanın hakim elitasının Avropa siyasətçilərini satın alması haqda məlumatların araşdırılmasını tələb ediblər. Söhbət son illərdə müxtəlif bəhanələrlə ölkədən çıxarılan və Azərbaycan hakimiyyətinin maraqlarının xaricdə lobbiçiliyinə və Avropa siyasətçilərinin satın alınmasına xərclənən 3 milyard dollardan gedir.

Bu faktların üstü beynəlxalq jurnalist təşkilatı olan Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Mərkəz (OCCRP) tərəfindən açılıb.

Azərbaycan pullarının yuyulması ilə bağlı jurnalist araşdırması haqda daha ətraflı JAMnews-un məqaləsində oxuya bilərsiz.

Mitinq iştirakçıları əllərində “Bizim üç milyardımız hara gedib?” “Oğrunu cəzalandır, doğrunu yox”, “Pullar ofşora getdi, xalq isə yoxsul qaldı” çüarlarının yazıldığı plakatlar və siyasi məhbusların fotolarını tutublar.

Müxalif mənbələr bildirirlər ki, mitinqdə üç minə yaxın insan iştirak edib. Hökumətyönlü mənbələr isə mitinqə deyiləndən üç dəfə az adamın qatıldığına əmin edirlər. İştirakçılar haqda rəsmi göstəricilər hələ ki yoxdur.

On illiklərdir ki, haqlarımızı tapdalayan bu korrupsiyalaşmış rejim indi cinayət başında tutulub. Artıq bu korrupsiyanın sübutları ortaya qoyulub”, – Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli öz çıxışında bildirib.

ADQMŞ-nin keçmiş prezidentliyə namizədi Cəmil Həsənli çıxış edərək bildirib ki, “Azərbaycanda korrupsiyanın başında şəxsən prezident İlham Əliyev dayanır”.

Bu hakimiyyət oğurlamağa alışıb. Onlar xalqın azad seçki hüququnu oğurlayıblar, milli sərvətləri oğurlayıblar. Və nəhayət, jurnalist Əfqan Muxtarlını Tbilisidən oğurlayıblar”, – Həsənli əlavə edib.

Mitinqdən bir gün əvvəl müxtəlif bəhanələrlə altı müxalif fəal, o cümlədən də mitinqin ehtimal olunan aparıcısı İlham Hüseyn saxlanılıb və 15 sutkalıq həbsə məhkum edilib.

Azərbaycan hökuməti bütün bu ittihamları rədd edərək, bildirib ki, bu söz-söhbətləri erməni lobbisi, bir də mesenat və biznesmen Corc Soros yayır.

Daha çox göstər
Back to top button