İctimaiyyət

DTX rəisi : “2012-ci ildən etibarən 900 azərbaycanlı İŞİD-ə qoşulub”

Azərbaycandan 900 şəxsin “İslam Dövləti” terror təşkilatına qoşulduğu bildirilir.

Bu barədə açıqlama verən Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Mədət Quliyev onlardan 85-nin hazırda həbsdə olduğunu deyib: “195 nəfər isə vətəndaşlıqdan çıxarılıb”. Məlumatı APA yayıb.

DTX rəisi bildirib ki, müəyyən azərbaycanlılar İŞİD-in ( İraq Şam İslam Dövləti) qara təbliğatına inanıblar, bəzi vətəndaşlar da onlara qoşulublar.

Mədət Quliyevin sözlərinə görə, bəziləri ailələri ilə ora gedib və orda uşaqları da olub: “Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button