Ekonomika

Ekspert: ‘Pambıqçılıqda məhsuldarlıq aşağı düşür’

Azadliq.info saytında «Bir hektardan 176 kq pambıq biabırçılığı» sərlövhəli yazı diqqəti cəlb edir.

Yazıda kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin düşüncələrinə yer verilib.

Yazıda Dövlət Statistika Komitəsinin (DSK) məlumatına istinadən bildirilir ki, ötən həftənin sonuna kimi ölkədə 136 min hektar sahədən 24 min ton pambıq tədarük olunub. V.Məhərrəmli vurğulayıb ki, statistik rəqəmlər məhsuldarlığın çox-çox aşağı olduğunu göstərir. Üstəlik, məhsuldarlıq ildən-ilə aşağı düşür:

«Bu həm də o deməkdir ki, bu il pambığın məhsuldarlığı keçən ilki göstəricidən xeyli aşağı olacaq. Yeri gəlmişkən, keçən il hər hektar sahədən 17.3 sentner məhsul əldə olunmuşdu. Bu da son 5 ilin ən aşağı göstəricisi idi».

Ekspert hesab edir ki, bütün bunlar hökumətin pambıq siyasətinin iflasa uğradığının göstəricisidir. Onun fikrincə, pambıqçılığın ölkə iqtisadiyyatına ciddi şəkildə faydası yoxdur.

Daha çox göstər
Back to top button