Tarasov: “AI xalqların öz müqədəratını təyin etmə hüququnu prioritet olaraq görür”
Bəzi əsaslarla düşünə bilirik ki, Aİ Azərbaycanla müqavilənin siyasi girişində Azərbaycanın torpaq bütövlüyü ilə bağlı nöqtənin daxil edilməsindən imtina edib, buna görə də Azərbaycan bütün sənədi imzalamaqdan imtina edir.
168.am ilə müsahibəsində Aİ və Azərbaycan arasında hərbi – strateji əməkdaşlıq barədə yeni sazişin imzalanmasının təxirə salınmasına toxunaraq bunu rus siyasi təhlilçi Stanislav Tarasov bildirib.
“Azərbaycan bəyan edir ki, siyasi girişində bu nöqtə şərtsiz olaraq daxil edilməlidir. Məhz eyni səbəbi ilə Azərbaycan Şərq əməkdaşlığı sənədini imzalamasından imtina edib. Deməkdir ki, Avropa Azərbaycan torpqa bütövlüyünü tanımır. Aİ isə xalqların öz müqədaratını təyin etmə hüququnu prioritet olaraq sayır”, – deyə Tarasov vurğulayıb.
Ekspert əmindir ki, Azərbaycan tərəfindən Aİ ilə müqavilənin imzalanmasından imtina etmək Ermənistan-Aİ münasibətlərinə təsir göstərə bilməz. “Ermənilər üçün bununla bağlı heç bir mane yoxdur. Bu müqavilə və Şərq əməkdaşlığı eyni deyildirlər, Rusiyada heç bir etiraz- tələb yoxdur, Ermənistan eyni zamanda AİB üzvüdür. Təsədüf deyildir ki, ER Prezidenti öz çıxışında Tsyurix protokollarından imtina etmə məsələsini qaldırıb, buna görə də Türkiyə ilə münasibətlərinin normallaşdırılması nəzərdə tutulur. Ümumiyyətlə deməliyik ki, erməni-türk sərhədinin açılışının tam zamanı gəldi. Türkiyə Moskva ilə aktiv danışıqlar aparırsa və azad ticarət zonası haqqında müqavilə imzalamaq istəyirsə, onun üçün indi Ermənistan Azərbaycandan daha əhəmiyyətlidir. Məhz bu cür paradoks vardır.
Tarasovun müşahidəsinə görə, indi Türkiyə Yerevana çıxmaq varyantları arayır, amma Bakını hirsləndirmədən. Bunu mümkün olması haqqında suala cavab olaraq Tarasov xeyr dedi, amma Türkiyə protokollarla bir şey etməyə məcburdur.