İctimaiyyət

Xəzər Hərbi Tədqiqatlar İnstututu։ ”Son 9 ayda 31 nəfər qeyri-döyüş şəraitində ölüb”

2017-ci ilin 9 ayı ərzində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 48 hərbi qulluqçu ölüb. Onların 17 nəfəri döyüş, 31 nəfəri isə qeyri-döyüş itkisidir.

Məlumatı Xəzər Hərbi Tədqiqatlar İnstitutu yayıb.

Bildirilir ki, Silahlı Qüvvələrin 17 hərbi qulluqçusu cəbhə xəttində “Ermənistan tərəfinin açdığı atəş nəticəsində” həlak olub:

Eyni zamanda 4 hərbçi xəstəlik nəticəsində, 5 nəfərin intihar etdiyi, 4 nəfərin isə bədbəxt hadisədən (qar uçqunu, tank və ağac altında qalma) dünyasını dəyişdiyi qeyd olunub.

10 nəfər naməlum hadisə səbəbindən, 4-ü əsgər yoldaşının açdığı atəş, 3 nəfər avto-qəzadan, biri xilasetmə tədbirləri nəticəsində ölüb.

Ölənlərin 14 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 24 nəfəri əsgər, 2 nəfəri gizir, 8 nəfərsə zabit olub. Onların 41 nəfəri Müdafiə Nazirliyinin, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Fövqəladə Hallar Nazirliyinin, 1 nəfərsə Daxili Qoşunların hərbi qulluqçuları olublar.

Daha çox göstər
Back to top button