Siyasət

Açıqlama: “Dilham Əsgərov məktub yazmaq istəmir, BQXK onun arzusuna hörmət göstərir”

Beynəlxalq Qızıl Xaç Komitəsi   mütəzəm şəkildə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəsi olan məhbusları  ziyarət edir.

Bu haqda Dağlıq Qarbağdakı Beynəlxalq Qızıl Xaç Komitəsinin mətbuat xidmətinin nümayəndəsi Eteri Musayelyan “News.am”-a müsahibəsində Dilham Əsgərovun əqrəbalarının beyənatını şərh edərək bildirib.

“BQXK öz mandatına görə, məhbusların saxlama şərtlərini, onlara qarşı münasibətləri   montioriq etmək, eləcə də onların yaxınalrı ilə əlaqə saxlamağı təmin etmək  məqsədi ilə  həbs olanları ziyarət edir.  Lakin əqrəbalarının məktublarına davamlı şəkildə  cavab verip verməməsinə  məhbus  özünə qərar verir.  Beləliklə öylə olar ki, məhbus məktub yazmaq istəmir və bu halda BQXK onun ərzularına hörmət göstərir”- deyə Eteri Musayelyan qeyd etdi.

Qeyd etdək ki, dünən Əsgərovun qardaşı şikayət etdi ki, bu ilin mart ayından bəri Dilham Əsgərovdan heç bir məlumatı yoxdur. “ Bizə deyirlər ki, məktub yazmaq, danışmaq istəmir”.

Xatırlataq ki, Azərbaycan vətəndaşları 1968-ci il təvəllüdlü Dilham Əsgərov, 1960-cı il təvəllüdlü Şahbaz Quliyev və öldürülmüş üçüncü diversantı Həsən Həsənov 2014-cü il iyunun 29-da qanunsuz şəkildə DQR dövlət səehədini keçərək kəşfiyyat məqsədilə Şahumyan rayonuna gediblər.

Bu şəxslər xüsusi tapşırıqla məlumatlar toplayaraq casusluq etiblər. Bundan başqa, onlar iyunun 4-də yetkinlik yaşına çatmayan DQR vətəndaşı Smbat Tsakanyanı qaçırmışdılar. Tsakanyanın cəsədi iyulun 15-də Karvaçar və Manaşid rayonları arasında olan meşədə tapılmışdı.

Bundan başqa, Həsənov iyulun11-də axşam Vardeniş-Karvaçar yolunda 32-ci km-də irqi nifrətçilik zəmində Yerevan sakini 1971-ci il təvəllüdlü

Sargis Abrahamyanı öldürmüşdü. Dzorağbyur kənd sakini Karine Davtyanı isə, güllə yarası yetirmişdi.

Qeyd edək ki, Dilham Əsgərov DQR birinci istansiya məhkəməsinin qərarı ilə ömürlük, Quliyev isə 22 il həbs cəzasına məhkum olunub.

 

Daha çox göstər
Back to top button