BaşlıcaBeynəlxalq

Artsaxın Çartar və Fransanın Desin-Şarpio şəhərləri arasında Dostluq Bəyannaməsi imzalanıb

Artsaxın Çartar və Fransanın Desin-Şarpio şəhərləri arasında sentyabrın 25-də Dostluq Bəyannaməsi imzalanıb. Artsax XİN-dən veırilən məlumata görə imza mərasimi Çartarın Sevak Ğukasyan adına İdman və Mədəniyyət Sarayında keçirilib.

Bəyannamə Çartrar şəhəri adından bələdiyyə başçısı Artur Grigoryan Desin-Şarpio şəhərindən isə bələdiyyə başçısı Lorans Fotran imzalayıb. İmza mərasimində Artsax Respublikasının Xarici işlər naziri Karen Mirzoyan, Martuni rayon idarəsinin rəisi Karen Tovmasyan iştirak edib.

Bəyannamədə xüsusilə qeyd olunub ki, azad və demokratik bir cəmiyyət yaratmaq və inkişaf etdirmək və xalqlar arasında dialoqun təşviq edilməsi və Cənubi Qafqazda uzunmüddətli sülhün yaradılmasına ehtiyac olduğunu vurğulayan Qarabağ xalqının ardıcıl addımlarını alqışlayan tərəflər iki cəmiyyət arasında dostluq münasibətləri qurmağı qərara aldılar.

Bəyannəmənin məqsədi iki şəhərlərin arasında əlaqələrin inkişafı, ələcə də təhsil, mədəniyyət və idman sahəsində birgə proqramların həyata keçirilməsidir.

Beləliklə, Desin-Şarpion Artsax Respublikasın şəhərlər ilə dostluq əlaqələri qurmuş fransız icmalarında 8-ci oldu.

Ümumilikdə, Artsaxın şəhərləri və ABŞ, Fransa, Basklar Ölkəsi və Braziliya şəhərləri arasında 15 əməkdaşlıq müqaviləsi və Fransanın Drom vilayəti ilə bir müqavilə imzalanmışdır.

Daha çox göstər
Back to top button