Siyasət

Nazir: “İran-Ermənistan dəmir yolu tikintisi ilə bağlı müzakirələr davam edir”

Ermənisatn Respublikası Ermənistan-İran dəmir  yolu tikintisi  barədə “Rasia Fize”  şirkəti ilə danışqıları davam etdirir.

Bu haqda mərbuat konfransı zamanı Ermənistan Respubliaksının  nəqliyyat, komunikasiya və informasiya texnologiyaları naziri  Vahan Martirosyan  bilidirb. O, əlavə etdi ki, qeyd edilən şirkət layihə üçün investor cəlb etmək  məcburiyyətində qalıb.

“O şirkəti ilə müqaviləmiz var və bununla dəmir yolu tikintisi üçün Ermənistana investor gətirməlidir. Şirkət direktoru ilə iki dəfə görüşdüm, prosesi sürətləndirməyi təklif etdim, əgər olmazsa, dövlət müqaviləni nəzərdən keçirəcək. Biz irəliyə hərəkət edirik. Müzakirələr davam edir”- deyə nazir qeyd etdi.

Məlumdur ki, Ermənistan-İran dəmir yolu tikintisi layihəsi 3.2 milyard dollar qiymətləndirilir.

 

 

Daha çox göstər
Back to top button