Ekonomika

Ermənistan daha çox elektrik enerjisini ixrac etməyə başladı

İlin ilk səkkiz ayı ərzində Ermənistandan elektrik enerjisi ixracı 9,9% artıb. Ümumilikdə ötən il 868 milyon kVt elektriklə müqayisədə 955 milyon kilovat-saata yaxın elektrik enerjisi göndərilib. ER enerji infrastruktur və Təbii Sərvətlər nazirliyinin verdiyi məlumata görə ixracın əsas hissəsi İran bazarına ayrıldı.

Gürcüstana yönələn təchizat da bərpa olundu. Ötən il sıfıra çatdan nəqldən fərqli olaraq Gürcüstanın bazarına 116 milyon kilovatsaatdan artıq elektrik enerjisi verilib.
Bu ilin səkkiz ayı ərzində İran bazarına 805 milyon kilovat-saat elektrik enerjisi verilib. Yaxın vaxtlarda elektrik enerjisi tarifləri aktivləşdiriləcəyi gözlənilir. İlin sonuna qədər ixrac artımının ən azı 20% artırılması nəzərdə tutulur.

Daha çox göstər
Back to top button