Təhlil

KTMT ölkələrdən birinə qarşı təhdid olarsa, digərləri öz öhdəliklərini yerinə yetirəcək: KTMT-nin birləşmiş qərargahlarının rəisi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birləşmiş qərargahlarının rəisi general-polkovnik Anatoli Sidorov əmindir ki, təşkilat üzv ölkələrindən birinə qarşı təhdid olarsa, digər üzv ölkələri öz öhdəliklərini yerinə yetirəcək.

Anatoli Sidorov bunu sentyabrın 26-da keçirilmiş multimedia konfransında bildirib. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv dövlətləri Rusiya, Qazaxıstan, Tacikistan, Belarusiya, Ermənistan və Kirgizistan müvafiq müqavilə imzalayıblar və KTMT tənzimləmələri qəbul edildi. Bunlara görə, üzv ölkələrdən birinə qarşı təhdid olarsa, digər üzvləri öz öhdəliklərini yerinə yetirəcək”,-deyə Sidorov qeyd edib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının prinsiplərinin xüsusiyyətləri odur ki, üzv ölkələri təhlükədə olan üzvlərə yardım etmə öhdəliklərini aldılar. Mən ən pis xəyalda belə düşünə bilmirəm ki, üzvlərdən biri bundan imtina edə bilər”,-deyə KTMT baş qərarqah rəisi bildirib.

Daha çox göstər
Back to top button