Serj Sarkisyan: Ermənistan İraqla əməkdaşlığına əhəmiyyət verir
ER Prezidenti Serj Sarksiyan İraq Respublikasının Kənd Təsərrüfatı naziri, Erməni-İraq hökumətlərarası komitəsinin həmsədri Falah Hasan Zeydan Al- Lahibini qəbul edib. O, Ermənistana hökumətlərarası komitəsinin nöbəti iclasında iştirak etmək üçün gəlib.
Görüş zamanı Dövlət başçısı İraq Prezidenti Fuad Məsuma və Baş naziri Haydar əl-Abadiyə öz salamlarını çatdırmağı xahiş edib və qeyd edib ki, terrorla mübarizədə Ermənistan İraqın yanında olub və olmağa davam edəcək. Erməni xalqı unutmayıb ki, təxminən yüz il əvvəl Soyqırımdan sağ qalan bir çox insana İraqda sığınacaq verilib. Ermənistan bütün bunlara laqeyd ola bilməz. Prezident ümid edib ki, İraq hakimiyyətləri yaxın zamanda ölkəni terroristlərdən azad etməyi bacaracaq.
İraq Kənd Təsərrüfatı naziri qəbul üçün təşəkkür edərək, İraq Prezidenti və Baş nazirinin salamlarını Serj Sarkisyana çatdırdı. O eləcə də qeyd edib ki, onlar Ermənistan və dost erməni xalqına sülh, sabitlik və inkişaf arzulayırlar.
Nazir Falah Hasan Zeydan Al-Lahibi əminliklə qeyd edib ki, İraq Ermənistanla münaqibətlərini genişlənməyə hazırdır. O vurğulayıb ki, əldə edilmiş razılaşmaları həyata keçirmək üçün bu səfər çox yaxşı start verilə bilər. İki ölkə arasında ticari dövriyyəsinin həcmləri əlavə olunacaq.