Təhlil

Artsaxa səfər edən Kaliforniya Senatının üzvü Ermənistan-Amerika əməkdaşlığı üçün böyük potensial görür

Kaliforniya Senatının üzvü Entoni Portantino amerikalı konqresmenlərinin Ermənistan və Artsaxa edilmiş səfəri üçün çox şaddır. O bir neçə dəfə Ermənistanda olub və əmindir ki, regional ciddi problemləri və prosesləri anlamaq üçün onlarla daha yaxından tanış olmalıdırlar. Bu barədə Portantino “Amerikanın səsi”-nə müsahibəsində bildirib.

“Amerikalı konqresmenlərin Ermənistana edilmiş səfəri ikitərəfli əlaqələrin inkişafı üçün çox önəmlidir. Mən şəxsən Ermənistana və Artsaxa səfər etmişəm. Orada vətən sərhədlərini müdafiə edən hərbçilərin həyatı ilə tanış oldum. Regional məsələlərin həlli baxımından konqresmenlərin səfəri böyük əhəmiyyət daşıyır. Onlar bu səfərdən sonra mövcud problemləri və təhdidləri daha yaxşı anlayacaqlar.”

Kaliforniya və Ermənistan arasında olan iqtisadi əlaqələrə Senatda yaradılmış iqtisadi komitəsi üzvlərinin səyləri ilə gələcəkdə yeni təkan veriləcək.

“Yaxın zamanda Ermənistana iş adamlarından ibarət nümayəndıə heyəti səfər edəcək. Onlar əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirəcəklər. Kənd təsərrüfatı, turizm, yeni texnologiyalar: Bu sahələrdə əməkdaşlıq üçün böyük potensial var”,-deyə o qeyd eib.

Portantino Ermənistan-Amerika əlaqələrinin inkişaf prosesini yüksək qiymətləndirir və söz verir ki, ermənilərə maraqlandıran məsələləri Kaliforniya Senatında qaldırmağa davam edəcək.

Kaliforniya Senatının üzvü ermənilər üçün önəmli olan bir sıra təşəbbüslərin müəllifidir. Onun son təşəbbüsülərindən biri Los Anjelesdə bir neçə məktəblərdə erməni dilinin oğredilmə məsələsi idi.

Daha çox göstər
Back to top button