Ekonomika

ER Baş naziri Qarabağ məsələsi ilə bağlı Birləşmiş Krallığının balanslı mövqeyini alqışlayır

ER Baş naziri Karen Karapetyan sentyabrın 27-də Birləşmiş Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin Avropa və Amerika məsələləri üzrə naziri Alan Danknı qəbul edib.

Baş nazir qeyd edib ki, Ermənistan Birləşmiş Krallığı ilə ikitərəfli əlaqələrinin ikişafına əhəmiyyət verir. Baş nazir beynəlxalq terrorizmə qarşı aparılan birgə mübarizənin əhəmiyyətini vurğulayaraq Londonda baş verən terror aktı ilə əlaqədar İngilis xalqına dəstək verdiyini dilə gətirdi. Karen Karapetyan Qarabağ məsələsinin nizamlanması məsələsində Birləşmiş Krallığın balanslı mövqeyini alqışlayıb.

“Görüşdə birgə biznes forumlərin təşkil olunması, Britaniyalı biznesmenlərin Ermənistanda investisiyalar qoyması üçün əlverişli atmosferi barədə məlumatlandırması və digər təşəbbüslərə toxunublar. Ermənistan Avrasiya İqtisadi Birliyi, Avropa bazarları və İrana gedən bir körpü olaraq hesab edilməlidir”.

Alan Dankn vurğulayıb ki, Birləşmiş Krallığı Ermənistanla ikitərəfli əlaqələrinin davamlı inkişafına və genişlənməsinə əhəmiyyət verir. Cənab Dankn əminliklə qerd edib ki, Ermənistanda Birləşmiş Krallığın ticarət nümayəndəsinin fəaliyyəti ticari-iqtisadi əlaqələrin genişlənməsinə və inkişafına təkan verəcək.

Daha çox göstər
Back to top button