Hind iş adamları Ermənistanda İT, turizm və aviasiya sahələri ilə maraqlanır
Hindi iş adamları Ermənistanda əməkdaşlıq məqsədilə informasiya texnologiyaları, turizm və aviasiya sahələri ilə maraqlanırlar. Sentyabrın 28-də Hindistan Sənaye Birliyinin nümayəndə heyətinin Ermənistana edilmiş səfəri çərçivəsində erməni-hindi biznes konfransı keçirilib.
“Elə şirkətlər var ki, ivestisiya və ya ixrac etməyə hazırdırlar. Bir neçə sahələr təqdim edilir. Məsələn Aİ, turizm, yüngül sənaye və s. Hind iş adamları ilə əməkdaşlığımızda bu bir start olacaq”,-deyə konfransı təşkil edən Ermənistan İnkişaf Fondunun icraçı direktoru Armen Avak Avakyan bildirib.
Onun sözlərinə görə, konfransda 20 hindi iş adamı və daha çox erməni iş adamları iştirak edir. Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Yogendra Sangua qeyd edib ki, onlar Ermənistana turizmi də təşviq edirlər.
“Hazırda hindilərin Ermənistana böyük axını var. Biznes baxımından biz azad iqtisadi zonasının mövcüdlüyü ilə maraqlanırıq. Ermənistanda bizim üçün maraqlı olan sahələr informasiya texnologiyaları, turiz və həmçinin zərgərlik üçün Ermənistanda mövcud olan daşlarıdır”,-deyə səfir bildirib.