BaşlıcaEkonomika

İran Ermənistanla sərhəddə iki elektrik stansiyası quracaq

İran Ermənistanla sərhəddə iki elektrik stansiyası quracaq. Bu haqda Ermənistan-İran hökumətlərarası komissiyasının həmsədri Alireza Daemi bəyan edib.

Onun sözlərinə görə, İran Araks çayı üzərində hidro elektrik stansiyasını və günəş enerjisi stansiyasını quracaqdır.

“Ermənistan ilə İran sərhədində həmçinin İran şirkətləri də 50 meqavat gücündə günəş enerjisi stansiyası qurmaqdadır” – deyərək Daei qeyd edib.

Onun sözlərinə görə, hazırda İran-Ermənistan yeni 400 kv əzəmətində elektrik ötürücü xətt üzrə işlər aparılır. Damei həmçinin qeyd edib ki, hökumətlərarası komissiya iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi və dərinləşdirilməsində mühüm rol oynayır.

“Bizim siyasətimiz qonşu Ermənistanla əlaqələri möhkəmləndirməkdir” – deyərək Damei vurğulamışdır.

Daha çox göstər
Back to top button