Beynəlxalq

Əliyev rejiminə qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qətnamə ABŞ Konqresinin gündəmində

ABŞ Konqresinin Xarici İşlər Komitəsinə Azərbaycan przeidenti İlham Əliyev rejiminə qarşı ünvanlı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qətnamə layihəsi təqdim olunub. Layihənin müəllifi Respublikaçılardan və Demokratlardan iki konqresmendir Kristofer Smit və Cim Makqoverndir.

Konqresin Nümayəndələr Palatasının Beynəlxalq İnsan Hüquqları panelinə sədrlik edən Smit bildirib: “Azərbaycan rejimi işgəncələr, siyasi motivli cinayət işləri, təcavüz, beynəlxalq adam qaçırma və digər növ təhdidlər vasitəsilə insan hüquqları müdafiəçilərini, müstəqil jurnalistləri və dini liderləri susdurmaq cəhdlərinə davam edirlər.” Konqresmen əlavə edib ki, “bizim ölkələr arasında əhəmiyyətli təhlükəsizlik və iqtisadi əlaqələrin mövcudluğu aydın olsa da, bu cür pozuntulara göz yumulmamalıdır.

Qətnamədə ABŞ hökümətinin Azərbaycan höküməti ilə əməkdaşlıq etdiyi zaman insan hüquqları və fundamental azadlıqların prioritetləşdirilməsi, o cümlədən Qlobal Maqnitski İnsan Hüquqlarına Cavabdehlik Aktına əsasən insan hüquqları pozuntularına yol verən rəsmilərin cəzalandırılması təklif edilir. Bununla bərabər, qətnamədə Azərbaycan hökümətinin bütün siyasi məhbusların və vicdan məhbuslarının dərhal azad edilməsi və hökümətin hesabatlılığını və demokratik dəyərləri təşviq edən insanların hədəfə alınmasının dayandırılması çağırılır.

2017-ci ilin avqustunda Azərbaycanın qeyri-hökumət hüquq-müdafiə təşkilatları koalisiyası Azərbaycanda 158 siyasi məhbusu qeydə aldı. Azərbaycan hökumətinin 2017-ci ilin martından “Meydan” TV, “Azadlıq” qəzeti, “Turan” TV və ABŞ tərəfindən maliyyələşdirilən “Azad Avropa / Azadlıq Radiosu”  xidmətinin saytlarını blokladı, faktiki olaraq ölkədə qalan yeganə müstəqil xəbər mənbəyini sıxışdırdı. “ABŞ, insan hüquqları pozuntularına yola verən insanlara qarşı viza qadağası, əmlakın dondurulması kimi alətlərdən istifadə etməlidir. Bu ölçülər Azərbaycan hökümətində hüquq pozuntularına yol verən insanların bəhrələndiyi cəzasızlıq mühitini məhv edəcək.”

Daha çox göstər
Back to top button