Siyasət

Biz DQ məsələsinin sülh yolu ilə nizamlanmasını istəyirik: Alan Dankn Ermənistana etdiyi səfəri barədə

Birləşmiş Krallığın Avropa məsələləri üzrə naziri Alan Dankn Ermənistana etdiyi səfər barədə video mesajı yayıb. Bu barədə Yerevanda Britaniya səfirliyi məlumat veriri. Video mesajında deyilir:

“Ermənistanda olduğum üçün çox şadam. Bu, Yerevana mənim ilk səfərimdir. Mən dünən faydalı siyasi müzakirələrlə dolu bir gün keçirdim. Fürsətdən istifadə edərək, mən hökumətə və konstitusiya dəyişikliklərinə Birləşmiş Krallığın davamlı dəstək verdiyini qeyd etdim və əminəm ki, bütün bunlarla ölkədə parlament demokratiyası olacaq. Mən Ermənistanı çox güclü və firavan ölkə kimi görmək istəyirəm.

Mən həmçinin hökumətlərimizi daha da birləşdirən bir bəyanat etdim. Soz ildə 4 milyon funt barədəddir. Bu para “Yaxşı idarəetmə fondundan” Ermənistana veriləcək. Bundan başqa, mən Birləşmiş Krallığın yeni təyin olunmuş ticarət nümayəndəsi Mark Pritçardın bir neçə gün sonra Ermənistana səfər edəcəyinə və Ermənistan-Birləşmiş Krallığı arasında ticari dövriyyəsinin təşviq olunmasına dair məsələləri müzakirə etdim.

Regiondakı çox vacib məsələlərdən biri olan Dağlıq Qarabağ münaqişəsi barədə danışanda mən hökumətlə bu məsələnin davamlı sülh həllini görmək istədiklərimizi və bu istiqamətdə çalışan Minsk Qrupu həmsədrlərinə Birləşmiş Krallığın dəstək verdiyini qeyd etdim.

Ermənistana gəlmədən əvvəl mən ermənilərin əfsanəvi qonaqpərvərliyi barədə eçidmişdim və çox şadam ki, son bir-iki gün ərzində bu qonaqpərvərliyni özüm hiss etmişdim. Mən qəbul üçün bir daha da təşəkkür edirəm. “Ermənistana gəldiyim üçün çox şadam. Təşəkkürlər”.

Daha çox göstər
Back to top button