Siyasət

Münaqişələr yalnız sülh yolu ilə həll edilməlidir, çünki vətəndaşlar çox yüksək qiyməti ödəyirlər

ER Parlament sədri Ara Babloyan bu gün ATƏT Parlament zirvəsi Cənubi Qavqaziya məsələləri üzrə xüsusi nümayəndəsi Kristian Vigenini qəbul edib.

ER Parlament prezidenti əmin olduğunu bildirib ki, ATƏT nümayəndələrinin regiona  səfərləri buradakı porblemləri ilə tanımağa imkan verəcək.

DQ münaqişəsinin nizamlanmasına toxunaraq, ER Parlament sədri Ermənistanın mövqeyini yenidən təsdiq edərək qeyd edib:”Bizim üçün insan ən böyük dəyəri daşıyır. Hər şey onunla yaradılır. İnsan hüquqlarının müdafiəsi da əhəmiyyətlidir. İnsanların həyatlarını qurtarmaq üçün mübarizə edən bir həkim olaraq mən həm Ermənistan, həm də Azərbaycan tərəfindən həlak olmuş gənclərə çox acıyıram ”.

ER Parlament sədri insanların təhlükəsizlik və sülh içində yaşamaq haqqına əhəmiyyət verərək, deyib ki, iki ölkə xalqları da sülhün təmin edilməsi və təmas xəttində itkilərin olmamasını istəyir. ER Parlament sədrinin sözlərinə görə, DQ münaqişəsi regional deyil, xalqının öz müqədaratını təyin etmə hüququna hörmət edərək, insan hüquqları məzmununda müşahidə edilməlidir.

Kristian Vigenin vurğulayıb ki, münaqişələr yalnız sülh yolu ilə həll edilməlidir, çünki həm ölkələr, həm də vətəndaşlar bunun üçün çox yükəsk qiymət ödəyir.

Kristian Vigenin qeyd edib ki, Ermənistanı yalnız DQ münaqişəsi ilə deyil, demokratik irəliləyiş qeyd etdiyi, konstistusiya reformlarının keçirldiyi bir ölkə olaraq dünyaya təqdim etməsi onların məqsədlərindən biridir.

Daha çox göstər
Back to top button