Təhlil

Ermənistanın hərbi büdcəsi çox aqressiv bir qonşumuz olduğundan artır

Razm.İnfo saytının koordinatoru, hərbi ekspert Karen Vrtanesyan “Tert.am”-ə müsahibəsində qeyd edib ki, 2018-ci ildə hərbi sahəsinə verilən büdcə keçən illər ilə müqayisədə olduqca çoxdur.

“Biz bütün təhdidləri bilirik. Təbii ki, Ermənistanın hərbi büdcəsi artır, çünki bizim çox aqressiv qomuşumuz var. Azərbaycan xərclərini, ağır silahların davamlı satınalmalarını nəzərə alaraq, biz də onlardan geri qalmamalıyıq”,-deyə o bildirib.

Gələn il büdcəsi ilə müdafiə xərccləri 37 milyard dramla əlavə olunaraq, 246.8 milyard dram və ya 514 milyon dollardan çox təşkil edəcək. Keçən il dövlət büdcəsi bu sahəyə 209.8 milyard dram ayrılmışdı.

Karen Vrtanesyan həmçinin qeyd edib ki, hərbi infrastrukturu bərpa etmək üçün də maliyyə dəstək verilməli. Onun sözlərinə görə, hərbi sahəsinin araşdırılmalarına büdcədən verilən dəstək də artacaq. Sonra isə, sıra  Ermənistanda hərbi sənaye sektorunun inkişafına gələcək.

Daha çox göstər
Back to top button