Siyasət
200 milyon dollarlıq kredit çərçivəsində RF tərəfindən ER-a silahların tədarükü bu ilin sonuna qədər başa çatacaq

Rusiya tərəfindən 200 milyon dollar kredit müqaviləsinə əsasən, Ermənistana silahın tədarükü bu ilin sonuna qədər başa çatacaq. Oktyabrın 2-də keçirilmiş mətbuat konfransında bu barədə ER müdafiə naziri Vigen Sargsyan bildirib.
“Kredit çərçivəsində Ermənistan Respublikasına silahların tədarükü bu ilin sonuna qədər başa çatacaq. Bu haqda müqavilədə yazılmışdır. Yəni, heç bir məsələ yoxdur”,-deyə Vigen Sargsyan qeyd edib.
Hazırda RF tərəfindən bu kreditin çərçivəsində ER-a silah tədarükü ən aktiv mərhələdədir.