Təhlil

Azərbaycandakı rejim ABŞ-ın milli təhlükəsizlik probleminə çevrilib

“Azərbaycanda insan haqlarını sistematik şəkildə pozan hakim rejm artıq ABŞ-ın siyasi dairələrində bu ölkənin milli təhlkəsizlik maraqlarına potensial hədə kimi qəbul olunmağa başlayıb”.

Bunu Vaşinqtonda fəaliyyət göstərən azərbaycanlı jurnalist Ələkbər Raufoğlu nüfuzlıu Konqressmen Kristofer Smitin Sentyabrın 26-da Azərbyacanla bağlı ABŞ Nümayəndələr Palatasına təqdim etdiyi qətnamə layihəsini Azadlıq qəzetinə şərh edərkən deyib.

“Ə​gər Bakıda rəsmilər Smitin son qətnamə layihəsini düzgün təhlil etməyə qadirdirlərsə, başlıqdan başlasınlar. Orada əbəs yerə Azərbaycanda insan haqları və qanunun aliliyinin möhkəmləndirilməsi zərurəti ABŞ-n xarici siyasət hədəfləri ilə yanaşı, həm də milli təhlükəsizlik maraqlarına töfhə fonunda təqdim olunmur”, – deyə jurnalist qeyd edib.

Raufoğlu deyib ki, artıq xeyli müddətdir Vaşinqtonun siyasi və hüquq mühafizə institutlarında insan haqlarını pozan oğru rejimlərin ABŞ milli təhlükəsizliyinə doğurduqları təhlükə yaxından təhlil olunmağa başlanılıb: “Demək olar hansı işi qaldırırlarsa altından, hansı qovluğu açırlarsa içindən Əliyevlər rejimi çıxır. Bu həqiqət artıq qeyri-rəsmi təmaslarda ABŞ siyasətçiləri tərəfindən açıq narazılıqla ifadə olunur.”

Raufoğlu əlavə edib ki, son qətnamənin dili və tonu həm də insan haqlarının guya Azərbaycanın daxili işi olması barədə ənənəvi arqumenti Əliyev hakimiyyətinin lobbi maşınının əlindən alıb. Belə ki, indiki halda söhbət oğru və cəllad hakimiyyətlərin təkcə öz ölkələrində deyil, həm də Qərbdə yaratdıları təhlükədən gedir.

“Hər necə olsa da ​ABŞ-da ölkənin milli təhlükəsizlik maraqlarını müdafiə etməyin üsullarını yaxşı bilirlər”, – deyə Raufoğlu əlavə edib.

Artıq Smitin layihəsi Konqtesin Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsinə təqdim olunub. Raufoğlu deiyb ki, məhz bu komitənin üzvləri Azərbaycanda xüsusilə son aylar ərzindən baş alıb gedən kütləvi qanun pozuntuları fonunda Ağ Evin susqunluğundan narazılıqlarını müxtəlif formalarda ifadə ediblər: “Bəribaşdan demək olar ki, hazırkı qanun layihəsinin dili və mətni onun tezliklə Konqress tərəfindən qəbul olunması ehtimalını gücləndirir”.

Daha çox göstər
Back to top button