Siyasət

BQXK nümayəndələri Artsaxda saxlanılan azərbaycanlı diversantlara baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Artsax Respublikasında saxlanılan azərbaycanlı diversantlar  Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə görüşüblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri sentyabr ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

 

Daha çox göstər
Back to top button