ER-Aİ sazişin imzalanması Aİ- Şərq tərəfdaşlığı zirvəsinin əsas nailiyyətlərindən biri ola bilər: Nalbandyan
Ermənistanın Aİ ilə yaxın əlaqələri var və qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığı genişləmə niyyətindədir. Bu haqda ER Xİ naziri Edvard Nalbandyan Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Hanla danşıqlardan sonra jurnalistlərə müsahibədə bildirib.
“Aİ ölkəmizdə aparılan islahatlara, insan hüquqlarının müdafiəsinə, demokratik institutların daha da güclənməsinə yönəlmiş Ermənistanın görstərdiyi səylərinə dəyərli dəstək verməyə davam edir”,-deyə Edvard Nalbandyan qeyd edib.
O vurğulayıb ki, Brüsseldə noyabrda keçiriləcək ER-Aİ sazişin imzalanması Aİ-ŞT zirvəsinin əsas nailiyyətlərindən biri ola bilər.
Xİ naziri E. Nalbandyanın dəvəti ilə Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han Ermənistandadır.