Siyasət

Ermənistanda MDB ölkələr Silahlı Qüvvələrinin iclası keçiriləcək

MDB üzv ölkələrin müdafiə nazirlər şurasının 2017-ci iş planına görə, 2 oktyabrdan 5 oktyabr tarixinə qədər Ermənistanda MDB üzv ölkələr Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə üzrə koordinasiya komitəsinin nöbəti iclası keçiriləcək.

ER Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, koordinasiya komitəsinin iclasında MDB müdafiə nazirlər şurasının katibliyi və MDB üzv ölkələr Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.

Daha çox göstər
Back to top button