BaşlıcaSiyasət

Viqenin MQ-na dair Azərbaycan KİV-nin dezinformasiyasını təkzib edib

Cənubi Qafqazda ATƏT PA xüsusi təmsilçisi Kristian Viqenin oktyabrın 2-də Azərbaycanın bir sıra mətbuat vasitələrində yer tapmış ATƏT MQ-a dair öz bəyanatı barədə dezinformasiyanı təkzib edib.
“Azərbaycana etdiyim son səfərim ərzində yerli mətbuat vasitələri mənim sözlərimi səhv olaraq sitat gətirmişlər. Baxmayaraq ki, dərhal tələb olunub ki, səhvdə düzəliş edilsin, bununla belə bir sıra mətbuat vasitələri artıq dəqiq olmayan informasiyanı istifadə etmişlər.

Odur ki, mən təkrar etməyə məcburam ki, qətiyyən təklif etməmişəm ki,MQ-nu yenidən təşkil etmək lazımdır.Mən ATƏT MQ-na və həmsədrlərin səylərinə yardım edirəm və DQ məsələsində parlament səviyyəsiylə həmsədrlərin səylərinə yardım etməyi davam edəcəyəm”-deyərək Viqenin bəyan etmişdir.

Kristian Viqenin sentyabrın 29-dan 30-a kimi Ermənistana səfər etmişdir.Ermənistandan öncə o Gürcüstanda və Azərbaycanda olub. Regional səfəriylə əlaqədar o, oktyabrın 4-də hesabat dərc edəcəkdir.

Daha çox göstər
Back to top button