Mədəniyyət

Artsaxda Avropa İrs Günləri qeyd olunur

Sentyabrın 30-da və oktyabrın 1-də Avropa irsi günləri çərçivəsində AR-nın Mədəniyyət, Gənclər və Turizm Nazirliyi “Miras və Təbiət: İmkanlar landşaftı” adlı 30-dan artıq aksiyalar təşkil edib.

Keçən iki gün ərzində Artsaxda dərslər, film nümayişləri, açıq qapılar günləri, tarixi-mədəni abidələrinə ziyarətlər, görüş-müzakirələr təşkil olunub.

Tədbirlər dövlət ehtiyatları, təbii və tarixi abidələr ərazilərində keçirilib.

Tigranakert ehtiyadında fiziki məhdudiyyətləri olan şəxslər üçün təşkil edilmiş ekskursiya zamanı AR-nın Mədəniyyət, Gənclər və Turizm naziri Sergey Şahverdyan mədəni irs sahələrinə girişin əhəmiyyətini vurğulayıb və əlavə edib ki, bu istiqamətdə işlər davam edilir.

Avropa İrs Günləri 1985-ci ildən bəri Avropa Şurasının üzvü olan dövlətlərin memarlıq irsi üçün məsul nazirlərin konfransının qərarı ilə qeyd olunur. Aksiyaya Ermənistan və Artsax daxil olmaqda 50-dən çox ölkə qoşulub.

Daha çox göstər
Back to top button