Təhlil

Azərbaycan aqressiyasına ABŞ cavabı sanksiyalarla ola bilər

Amerikadakı Hay Dat komitəsinin icraçı direktoru Aram Hambaryan “Armenpress”-ə müsahibədə ABŞ konqresmenlərinin sentyabr ayında Ermənistan və Artsaxa edilmiş səfəri və Ermənistan-Amerika əlaqələri barədə danışıb. Bakı tərəfindən Artsaxa səfər etməsi üçün konqresmenləri qara siyahısına daxil etmə məsələsinə toxunurkən Hambaryan qeyd edib ki, “bu cür səfərlərin Ermənistan-Amerika əlaqələrinin güclənməsidə konstruktiv rolu vardır və bu səfərlər Ankara və Bakıdan gələn ciddi təhdidləri yaxından görmək üçün bir imkandır”.

Hay Dat komitəsinin icraçı direktoru ABŞ Miçiqan ştatının qanunvericilik orqanı tərəfindən Artsax müstəqilliyinin tanınmasını alqışlayıb. “Senat və Nümayəndələr Palatası Artsaxa və Ermənistana dəstək verməyə davam edəcəklər.  Bu səylər Azərbaycanın güclü müqaviməti ilə qarşılaşırlar, lakin beləcə ABŞ siyasəti öz müqəddəratını təyin etməklə bağlı Amerikanın əsas dəyərini mərkəzləşdirir”.

Sentyabrın 27-də ABŞ Nümayəndələr Palatasında konqresmenlər Kris Smit və Cim Makqovern Azərbaycanda qanunun aliliyi və insan haqlarına riayət edilməsinə dair qətnamə layihəsi təqdim ediblər. Hambaryan bununla bağlı qeyd edib ki, “Senat tərəfindən Bakıya qarşı ünvanlı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qətnamə layihəsinin qəbulunu alqışlayırıq. Azərbaycanın regional aqressiyasının cavabı sanksiyalarla olacaq”.

Daha çox göstər
Back to top button