Britaniyalı politoloq: Bakı artıq bəzi ərazilərin qaytarılması ilə bağlı ümidini itirib
“Sarkisyan-Əliyev görüşündən heç bir müsbət çıxış gözləmirəm. Sadəcə nöbəti görüş olacaq və keçmiş görüşlərin nəticələri olacaqlar. Yəni, boş yerə. Münaqişə tərəflər prezidentlərinin çıxışlarından gördük ki, tərəflər keçmişdə olduğu kimi kompromisə hazır deyil”,-deyə “168jam”-a müsahibədə Oksford Universitetinin Beynəlxalq Münasibətlər üzrə professoru, Rusiya və Cənubi Qafqaz məsələləri üzrə ekspert Neyl Makfarleyn qeyd edib.
“DQ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesinin uzunmüddətli qeyri-müəyyənliyi saxlanılır və mən heç bir inkişaf görmürəm. BMT Baş Assambleyasında ER Prezidenti erməni tərəfinin maraqlarını konstruktiv şəkildə təqdim edə bildi. Çıxışda heç bir yenilik görmədim, lakin Azərbaycan prezidentinin çıxışında çarəsiz çığırım gördüm. Bakı artıq bəzi ərazilərin qaytarılması ilə bağlı ümidini itirib və ümidlərini münaqişədən sadəcə müharibə yolu ilə çıxışı ilə bağlayır. Müharibə yalnız Ermənistan və vasitəçilər üçün deyil, Azərbaycan üçün də arzu olunmaz senaryodur”.