Ekonomika

Çex İxrac bangı Ermənistanın Atom elektrik stansiyasının modernləşdirilməsi üçün zəmanət verməyi planlaşdırır

Çex İxrac bangı Ermənistanın Metsamor Atom elektrik stansiyasının modernləşdirilməsi üçün zəmanət verməyi planlaşdırır. Bunu Çex «Skoda JS” təşkilatı həyata keçirir. Bu haqda Çex radiosu bildirib.
“Çex İxrac bangı Metsamor AES-ə yüksək ixtisaslı texnoloji təchizat üçün 1 milyon dollar həcmində zəmanət verəcək. Bu sifariş Çex enerji sahəsi və İxrac bang üçün böyük bir müvəffəqiyyətdir.

Bu bang üçün Ermənistanda ilk tarixi ticarət mənfəətidir”,- deyə Çex İxrac bangının nümayəndəsinin sədri və baş direktoru Karel Bureş bildirib.

“Bu reaktor mühərriki idarəetmə sistemini təmin etmək barədədir”,- bunu “Skoda JS” təşkilatının nümayəndəsi və baş direktoru Jozef Perlik dəqiqləşdirib.

Daha çox göstər
Back to top button